“Barselona” Levandovskinin əvəzləyicisi kimi Holandı nəzərdən keçirir

Xəbərlər
22 Sentyabr 2025 00:08
43
“Barselona” Levandovskinin əvəzləyicisi kimi Holandı nəzərdən keçirir

“Mançester Siti”nin hücumçusu Erlinq Holand karyerasını “Barselona”da davam etdirə bilər.

İdman.biz "Football Insider"ə istinadən xəbər verirki, kataloniyalılar 25 yaşlı norveçli forvardı cari mövsümün sonunda müqaviləsi başa çatacaq Robert Levandovskinin uzunmüddətli əvəzləyicisi kimi görürlər.

Holand 2022-ci ildən “Mançester Siti”də çıxış edir. Bu müddətdə o, 151 oyunda 130 qol vurub və 21 məhsuldar ötürmə edib. Norveçli forvardın İngiltərə klubu ilə müqaviləsi 2034-cü ilin yayına qədər qüvvədədir. Transfermarkta görə, futbolçunun bazar dəyərini 180 milyon avro təşkil edir.

Beləliklə, “Barselona” hücum xəttində yenilənməyə hazırlaşır və komandanın gələcəyini müasir futbolun ən güclü forvardlarından biri ilə bağlamaq istəyir.

İdman.biz