A Seriyası: “Atalanta”dan darmadağın, “Fiorentina” məğlub olub, “İnter” udub – VİDEO

Xəbərlər
22 Sentyabr 2025 01:11
126
A Seriyası: “Atalanta”dan darmadağın, “Fiorentina” məğlub olub, “İnter” udub – VİDEO

Sentyabrın 21-də futbol üzrə İtaliya A Seriyasının IV turunun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, turun əsas qarşılaşmalarından biri Roma derbisi olub.

“Roma” minimal hesabla “Latsio”ya qalib gəlib – yeganə qolu Pelleqrini vurub.

Səfərdə çıxış edən “Atalanta” isə “Torino”nu 3:0 hesabı ilə darmadağın edib. “Kremoneze” ilə “Parma” arasında görüş qolsuz bərabərliklə başa çatıb – 0:0.

Digər matçda “Komo” möhtəşəm geri dönüş edib. “Fiorentina” meydan sahiblərinin futbolçusu Mandraqoranın qolu ilə 6-cı dəqiqədə önə keçsə də, 65-ci dəqiqədə Kempf tarazlığı bərpa edib. 90+4-cü dəqiqədə Adday isə Sesk Fabreqasın komandasına qələbə qazandırıb – 2:1.

“İnter” Milan şəhərində “Sassuolo”nu 2:1 hesabı ilə məğlub edib. Bu qələbədən sonra “neradzurra” 6 xal toplayaraq turnir cədvəlində 10-cu pilləyə yüksəlib. “Sassuolo” isə 3 xalla 14-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, “İnter” sentyabrın 27-də səfərdə “Kalyari” ilə qarşılaşacaq. “Sassuolo” isə sentyabrın 28-də evdə “Udineze”ni qəbul edəcək.

A Seriyası
21 sentyabr
IV tur

“Latsio” – “Roma” - 0:1


“Torino” – “Atalanta” - 0:3
“Kremoneze” – “Parma” - 0:0
“Fiorentina” – “Komo” - 1:2
“İnter” – “Sassuolo” - 2:1

İdman.biz