Aqil Nəbiyev: “Komandamız gələcəyə ümid verir”

Xəbərlər
19 Sentyabr 2025 09:37
46
Aqil Nəbiyev: “Komandamız gələcəyə ümid verir”

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Monteneqronun müvafiq yaş qrupundan ibarət millisi ilə keçirilən 2-ci yoxlama oyunundan sonra fikirlərini bildirib.

İdman.biz xəbər verir ki, o, AFFA-nın mətbuat xidmətinə açıqlamasında 3:2 hesablı qələbəni şərh edib.

Millinin baş məşqçisi bildirib ki, bu kollektiv ilk dəfə təlim-məşq toplanışına yığışmışdı, rəqib isə yeddinci dəfə idi bir araya gəlirdi: "Hər iki oyun bizim üstünlüyümüz şəraitində keçdi. Düzgün təhlillər və çalışmalar nəticəsində ikinci matçda qələbə qazandıq”.

Aqil Nəbiyev futbolçularında potensialın böyük olduğunu deyib: “Uşaqları tanımaq üçün zaman lazımdır. Potensiallı oyunçulardır, ancaq fiziki durumla bağlı ciddi problemləri var idi. Millidə isə bunun üzərində çox çalışmaq imkanımız olmur. Çünki cəmi üç məşqdən sonra oyuna çıxmışdıq. Sırf taktiki tapşırıqlara üstünlük veririk. Komandamız gələcəyə ümid verir. Hazırlıqların, beynəlxalq oyunların sayı nə qədər çox olsa, istər bu kollektivlə, istərsə də U-16 və U-17 millimizlə daha böyük işlər görmək olar”.

Qeyd edək ki, millimiz Monteneqro ilə ilk oyunda 0:0 hesablı heç-heçə edib, ikinci görüşdə 3:1 hesablı qələbə qazanıb.

İdman.biz

Məqalədə: