Emin Mahmudov: “Qurban Qurbanov möhtəşəm iş görüb”

Xəbərlər
19 Sentyabr 2025 11:32
51
Emin Mahmudov: “Qurban Qurbanov möhtəşəm iş görüb”

"Qarabağ"ı qazandığı uğura görə təbrik edirəm".

İdman.biz xəbər verir ki, bu sözləri "Neftçi"nin kapitanı Emin Mahmudov deyib.

Yarımmüdafiəçi "Dost TV"yə açıqlamasında "Qarabağ"ın Portuqaliyada "Benfika"ya qalib gəldiyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunu ilə bağlı danışıb: "Həmin oyuna baxdım. "Benfika" ilə matçda çox yaxşı idilər. Ümimiyyətlə stabillik bu yerə gətirir. Futbolçular çoxdan bir yerdədirlər. Qurban müəllim də möhtəşəm iş görüb. Ona görə də nəticələr öz sözünü deyir".

Qeyd edək ki, "Qarabağ" rəqibini 3:2 hesabı ilə üstələyib. Azərbaycan çempionu oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" kollektivi ilə üz-üzə gələcək.

İdman.biz