Bu gün Misli Premyer Liqasında V tura start veriləcək.
İdman.biz xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
Tur Şamaxıda başlayacaq. "Karvan-Yevlax" burada "İmişli"ni qəbul edəcək.
Günün növbəti görüşü Bakıda olacaq. "Zirə" "Şamaxı" ilə üz-üzə gələcək.
Misli Premyer Liqası, V tur
19 sentyabr (cümə)
16:00. “Karvan-Yevlax” – “İmişli”
Baş hakim: Elvin Bayramov
Şamaxı şəhər stadionu
18:30. "Zirə" - "Şamaxı"
Baş hakim: Cavid Cəlilov
Zirə İK stadionu
İdman.biz