Elvin Cəfərquliyev: "İndi qələbənin dadını çıxarmaq istəyirik"

Xəbərlər
17 Sentyabr 2025 11:09
44
Elvin Cəfərquliyev: "İndi qələbənin dadını çıxarmaq istəyirik"

"Tarixi qələbə oldu".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında "Qarabağ" komandasının futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika”ya (Portuqaliya ) 3:2 hesabı ilə qalib gəldikləri I tur oyunu barədə danışarkən deyib.

O, nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Hazırda sözlərimi ifadə etmək çətindir. Möhtəşəm oyun idi. İndi qələbənin dadını çıxarmaq istəyirik".

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.

İdman.biz