Lamin Yamal: “Təkcə bir "Qızıl top"?, yox, bir neçəsini istəyirəm!"

Xəbərlər
12 Sentyabr 2025 17:05
35
Lamin Yamal: “Təkcə bir "Qızıl top"?, yox, bir neçəsini istəyirəm!"

“Barselona” və İspaniya millisinin 18 yaşlı hücumçusu Lamin Yamal böyük hədəflərindən danışıb.

İdman.biz-in məlumatına görə, o, karyerası ərzində bir neçə dəfə “Qızıl top” mükafatına sahib olmağı arzuladığını bildirib.

Ulduz futbolçu mükafatla bağlı fikirlərini açıqlayıb: “Dostlarıma həmişə deyirəm ki, mənim arzum bir "Qızıl top" qazanmaq deyil, bir neçəsini əldə etməkdir. Bu, baş verə bilər. Əgər buna nail olmasam, deməli, nəyisə düzgün etməmişəm. Amma bu, alınsa, çox xoşbəxt olaram. Bununla yanaşı, mənim üçün əsas önəm daşıyan məqam komanda ilə birlikdə qələbələrdir”.

“Barselona”nın yetirməsi olan gənc vinger əsas komandada 109 oyuna çıxıb, 27 qol vurub və 37 məhsuldar ötürmə edib.

Qeyd edək ki, dünyanın ən nüfuzlu fərdi futbol mükafatının hazırkı qalibi “Mançester Siti”nin yarımmüdafiəçisi Rodridır.

İdman.biz