Azərbaycan Kubokunda püşkatma mərasiminin vaxtı bəlli olub

Xəbərlər
9 Sentyabr 2025 14:56
41
Azərbaycan Kubokunda püşkatma mərasiminin vaxtı bəlli olub

Azərbaycan Kubokunda 2025/26 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

İdman.biz PFL-ə istinadən xəbər verir ki, mərasim sentyabrın 17-də "Holiday INN” otelində baş tutacaq.

Saat 15:00-da başlanacaq tədbirə Peşəkar Futbol Liqasının 2025/26 mövsümü üçün akkreditasiya qeydiyyatından keçmiş media nümayəndələri dəvətlidir.

Qeyd edək ki, Azərbaycan Kubokunun 2025/26 mövsümündə 34 komanda iştirak edəcək.

İdman.biz