Portuqaliyanın baş məşqçisi Ronaldonun DÇ-2026-da iştirakı barədə

Xəbərlər
10 Sentyabr 2025 04:27
37
Portuqaliyanın baş məşqçisi Ronaldonun DÇ-2026-da iştirakı barədə

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines komandanın kapitanı Kriştiano Ronaldo haqda danışıb.

İdman.biz bildirir ki, məşqçi Ronaldonun DÇ-2026-da oynayıb-oynamayacağı barədə də fikir yürüdüb.

"O, hər dəfə meydanda ilk dəfədir kimi oynayır. Fədakarlığı, hər gün saxladığı təravət... O, qalibdir. Hələ də qalib gəlməyə can atır.

2026 Dünya Kuboku? O, əlindən gələni edir, lakin uzunmüddətli hədəfləri yoxdur. O, hər gün ən yaxşı olmaq istəyir. Onun diqqəti bu gün baş verənlərə yönəlib.

Mən artıq onun əhəmiyyətindən çox danışmışam. Milli komandanın formasını geyinmək kapitanın soyunub-geyinmə otağında mesajıdır. Və bu çox kömək edir", - deyə Martines bildirib.

Ronaldonun hazırda 40 yaşı var.

İdman.biz