Didye Deşam PSJ-nin Fransa millisinin futbolçularının zədələri ilə bağlı açıqlamasına cavab verib.
İdman.biz xəbər verir ki, Fransa yığmasının baş məşqçisi PSJ-nin Usman Dembele və Dezire Duenin zədələri ilə bağlı vəziyyətdən narazılığını ifadə edən açıqlaması barədə fikirlərini səsləndirib.
Daha əvvəl Paris klubu Fransa Futbol Federasiyasına məktub göndərərək klublarla milli komanda arasında tibbi və idman koordinasiyası üçün yeni protokolun hazırlanmasını tələb etdiyini bildirmişdi.
PSJ icazə verilən yüklə bağlı tövsiyələrin nəzərə alınmadığını vurğulayıb.
Qeyd edək ki, Dembele və Due DÇ-2026-nın seçmə mərhələsində Ukrayna millisi ilə oyunda (2:0) zədələniblər. Deşamın sözlərinə görə, milli komanda həmişə futbolçuların maraqlarından çıxış edir və istənilən qərar komandanın tibb işçiləri ilə birgə qəbul edilir.
İdman.biz