Ukrayna millisinin kapitanı Aleksandr Zinçenko komandasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa millisinə uduzduqları oyundan (0:2) sonra fikrini bölüşüb.
İdman.biz xəbər verir ki, yığmanın müdafiəçisi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
"Biz təhlil edirik, işləyirik və davam edirik. Çılğın dəstəyə görə təşəkkür edirik", - Zinçenko vurğulayıb.
Qeyd edək ki, Azərbaycan - Ukrayna matçı sentyabrın 9-da Bakıda keçiriləcək.
İdman.biz