Azərbaycan millisinin futbolçusu əsas komandadan uzaqlaşdırılıb

Xəbərlər
6 Sentyabr 2025 13:45
58
Azərbaycan millisinin futbolçusu əsas komandadan uzaqlaşdırılıb

"Polessye”də (Ukrayna) çıxış edən Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev əvəzedici komandaya göndərilib.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, Mustafayevdən başqa klubunun daha 5 futbolçusu da əsas komandadan uzaqlaşdırılıb.

Baş məşqçi Ruslan Rotanın planlarında bu futbolçuların olmadığı bildirilib.

Emil Mustafayev bu mövsüm “Polessye”nin keçirdiyi 4 oyunun heç birində meydana çıxmayıb.

"Polessye" hazırda 3 xalla Ukrayna Premyer Liqasında 16 komanda arasında 10-cu pillədə qərarlaşıb.

İdman.biz