"Barselona"nın və Fransa millisinin sağ cinah müdafiəçisi Jül Kunde gərgin oyun cədvəlinin matçlara münasibətə təsirindən danışıb.
İdman.biz bildirir ki, müdafiəçi il ərzində keçirilən oyunların çoxluğundan şikayətlənib.
“Mən bunu dəfələrlə demişəm: təkmilləşdirilməli olan şeylər var və xüsusilə oyunçuların, məşqçilərin və həmçinin qərargah üzvlərinin fikirlərini nəzərə almaq lazımdır.
Futbolda çalışanların hamısı bəzən bu tempin qurbanına çevrilir. Bu, bütöv bir ekosistemdir. Bu qədər matçlarımızın olması... Bəzi şeylərdən sui-istifadə etdikdə, onlara çox əhəmiyyət vermirik. Ola bilsin ki, çox olduqlarına görə bəzən oyunlara marağımız azalır. Bütün bunları araşdırmaq və dəyişmək lazımdır”, - Kunde deyib.
İdman.biz