İslandiyalı forvard Azərbaycanla oyunda qələbəyə köklənib

Xəbərlər
3 Sentyabr 2025 22:01
34
İslandiyalı forvard Azərbaycanla oyunda qələbəyə köklənib

İslandiya millisinin hücumçusu Bryunolfur Villyumsson DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyunla bağlı gözləntilərini bölüşüb. Qarşılaşma sentyabrın 5-də Reykyavikdə baş tutacaq.

İdman.biz 433.is-ə istinadən bildirir ki, futbolçu komandasının meydana yalnız qələbə üçün çıxdığını vurğulayıb.

"Mənim gözləntilərim çox müsbətdir. Biz sadəcə Azərbaycan millisini məğlub etmək istəyirik. Bu, qalib gələcəyimiz bir matçdır və komandamızın tərkibinə nəzər salsanız, başqa variant yoxdur", - Villyumsson bildirib.

İdman.biz