Millimizin üzvünün klubu baş məşqçisiz qalıb

Xəbərlər
3 Sentyabr 2025 20:26
42
Millimizin üzvünün klubu baş məşqçisiz qalıb

Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyevanın çıxış etdiyi Rusiyanın qadınlardan ibarət "Zenit" komandası baş məşqçisiz qalıb.

İdman.biz xəbər verir ki, klub Olqa Poryadina ilə yollarını ayırıb.

Klubda baş məşqçi vəzifəsinin icrası Andrey Bogdanaviçusa tapşırılıb.

Nigar Mirzəliyeva "Zenit"də 2022-ci ildən forma geyinir.

İdman.biz