Antoni: "Hansı çətinliklərdən keçdiyimi ailəm bilir" - VİDEO

Xəbərlər
3 Sentyabr 2025 04:21
45
Antoni: "Hansı çətinliklərdən keçdiyimi ailəm bilir" - VİDEO

"Mançester Yunayted"dən "Betis"ə keçid etmiş braziliyalı vinger Antoni təqdimat mərasimində hansı çətinliklərdən keçdiyini danışıb.

“Mançester Yunayted”də mənim üçün nə qədər çətin olduğunu ancaq ailəm bilir. Digərlərindən ayrı məşq edirdim. Sevilya Mançesterdən daha gözəldir. Nəhayət, buradayam. 40 gündən çox oteldə qaldım, amma hamı bilirdi ki, Betisə qayıtmaq istəyirəm. Sevgi mənim üçün çox önəmlidir və onu pulla almaq olmaz", - Antoni deyib.

O, təqdimat mərasimində göz yaşlarını saxlaya bilməyib.

Braziliyalı futbolçu Antoni klubla 25 milyon avro dəyərində 5 illik müqavilə imzalayaraq rəsmi olaraq "Real Betis"ə qayıdıb.

İdman.biz