"Tottenhem" PSJ-nin forvardını icarəyə götürüb

Xəbərlər
2 Sentyabr 2025 00:44
37
"Tottenhem" PSJ-nin forvardını icarəyə götürüb

"Tottenhem" PSJ-nin hücumçusu Randal Kolo Muanini icarəyə götürdüyünü açıqlayıb.

İdman.biz xəbər verir ki, fransız forvard 2025/26 mövsümünü London klubunda keçirəcək.

"Spurs"un baş məşqçisi Tomas Frank qeyd edib ki, Kolo Muani həm Çempionlar Liqasının aparıcı klublarında, həm də Fransa millisində oynamaq təcrübəsi olan yüksək səviyyəli oyunçudur. Məşqçi vurğulayıb ki, futbolçu karyerasının zirvəsindədir və komandanın hücum xəttini gücləndirir, həm cinahlarda, həm də hücumun mərkəzində oyuna çeviklik qatır.

Xatırladaq ki, ötən mövsümün ikinci hissəsində Kolo Muani “Yuventus”da icarə əsasında çıxış edib. O, A Seriyasında 16 oyun keçirib, 8 qol vurub və bir məhsuldar ötürmə edib.

Transfermarkt-ın məlumatına görə, 26 yaşlı forvardın bazar dəyəri 30 milyon avrodur.

İdman.biz