“Zirə”nin Premyer Liqada ən böyükhesablı QƏLƏBƏSİ

Xəbərlər
1 Sentyabr 2025 10:26
52
“Zirə”nin Premyer Liqada ən böyükhesablı QƏLƏBƏSİ

“Zirə” Azərbaycan Premyer Liqasında ən böyükhesablı qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, Bakı klubu “Kəpəz”i 5:0 hesabı ilə məğlub edib.

Bu, Misli Premyer Liqasının III turunda qeydə alınıb. Qəsəbə klubu 2015/16 mövsümündən çıxış etdiyi yüksək dəstədə bunadək 5 top fərqi ilə qalib gəlməmişdi.

Zirənin eyniadlı təmsilçisi əvvəlki mövsümlərdə 3 dəfə 4 top fərqinə sevinib. Komanda “Rəvan”ı 2015/16, “Qəbələ”ni 2023/24, “Kəpəz”i 2024/25 mövsümündə 4:0 hesabı ilə məğlub edib.

İdman.biz