Cəlal Hüseynovun komandası səfərdə uduzub

Xəbərlər
25 Avqust 2025 22:40
39
Cəlal Hüseynovun komandası səfərdə uduzub

Azərbaycan yığmasının futbolçusu Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Arda" səfərdə "Slaviya" ilə qarşılaşıb.

Sofiyada keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cəlal komandanın əsas heyətində yer alıb və görüşü əvəzolunmadan keçirib.

Qeyd edək ki, "Arda" mövsümdə ikinci dəfə uduzub və 5 oyundan sonra 5 xalla 9-cu pillədə qərarlaşıb.

İdman.biz