"Everton" 19 yaşlı istedadı 40 milyona alıb

Xəbərlər
25 Avqust 2025 23:38
41
"Everton" 19 yaşlı istedadı 40 milyona alıb

"Everton" Tayler Diblinqin keçidini rəsmiləşdirib.

İdman.biz xəbər verir ki, 19 yaşlı cinah hücumçu "Sautgempton"dan transfer olunub.

İngiltərinin istedadlı futbolçularından hesab olunan Taylerlə 4 illik müqavilə imzalanıb. Transferin dəyəri 35 milyon funt sterlinq olub. "Everton" daha 5 milyon bonuslar ödəyəcək.

Qeyd edək ki, Diblinq ötən mövsümdə İngiltərə Premyer Liqasında 33 matçda iki dəfə fərqlənib.

İdman.biz