“Qarabağ”ın yeniyetmələrdən (U-15) ibarət komandası Aktauda keçirilən “Turan Cup-2025” beynəlxalq turnirində növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, ağdamlı futbolçular yerli "Kayrat"a 0:1 hesabı ilə uduzublar.
Ağdam təmsilçisi bundan əvvəl Qazaxıstan “Kaspi”sinə (2:0) qalib gəlsə də, Özbəkistanın “Paxtakor”una (0:2), Türkiyənin “Rizəspor”una (0:4) və Qırğızıstan millisinə (1:2) məğlub olub.
İdman.biz