"Araz-Naxçıvan"la "Zirə" üz-üzə

Xəbərlər
19 Avqust 2025 09:22
47
"Araz-Naxçıvan"la "Zirə" üz-üzə

Misli Premyer Liqasında bu gün ilk tura yekun vurulacaq.

İdman.biz xəbər verir ki, son qarşılaşma "Araz-Naxçıvan"la "Zirə" arasında keçiriləcək.

Konfrans Liqasında mübarizəni dayandıran klublar avrokubokdakı uğursuzluğu sığortalamağa çalışacaqlar.

Misli Premyer Liqası
I tur
19 avqust
20:00. “Zirə” – “Araz-Naxçıvan”
Baş hakim:
Rəvan Həmzəzadə
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Kəpəz"ə 3:0, "Turan Tovuz" "İmişli"yə 1:0 hesabı ilə qalib gəlib. "Neftçi" - "Şamaxı" və "Karvan-Yevlax" - "Qəbələ" matçlarında 1:1 hesablı heç-heçə qeydə alınıb. "Sabah" - "Qarabağ" matçı isə təxirə salınıb.

İdman.biz