"Karvan-Yevlax" “Feyrense”də oynamış qapıçını transfer edib

Xəbərlər
13 Avqust 2025 14:04
35
"Karvan-Yevlax" “Feyrense”də oynamış qapıçını transfer edib

"Karvan-Yevlax" növbəti futbolçu ilə heyətini gücləndirib.

İdman.biz xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub portuqaliyalı qapıçı Pedro Mateus ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 28 yaşlı oyunçu son olaraq ölkəsinin “Feyrense” klubunun formasını geyinib. O, San-Tome və Prinsipi millisinin üzvüdür.

İdman.biz