Elmar Baxşıyev: "Layiqli mübarizə apardıq, yolumuza davam edirik" - VİDEO

Xəbərlər
1 Avqust 2025 02:11
68
Elmar Baxşıyev: "Layiqli mübarizə apardıq, yolumuza davam edirik" - VİDEO

"Yaxşı oyun izlədik. Hər iki komanda layiqli mübarizə apardı. Bizi səfərdə nəyin gözlədiyini bilirdik".

İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçi Elmar Baxşıyev UEFA Konfrans Liqasının II təsnifat mərhələsi “Aris”lə cavab oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis rəqibini gücünü vurğulayıb: “Bu gün şanslı tərəf biz olduq. Penalti epizoduna gəldikdə, hakimlərin qərarını heç vaxt müzakirə etmək istəməmişəm. Bakıdakı oyunda da bizim xeyrimizə penalti təyin edilməli idi, amma bunu etmədilər. Biz də bunu qabartmadıq. Oyunun qırılma nöqtəsi isə penalti epizodu deyildi. “Aris”in oyununu da vurğulamaq lazımdı. Yaxşı, təşkilatlanmış komandadır. Bakıdakı oyunda da geri dönüşü futbolçularım etdi. Hər iki oyunda “Araz-Naxçıvan” meydanda yaxşı işlər gördü".

Elmar Baxşıyev komandasının çıxışından razı qalıb: "Bu cür mərhələlər iki oyundan ibarətdir. Deyirsiz ki, iki epizodumuz oldu və hər ikisini dəyərləndirdik. Bunlar futbolun elementləridir. Bakıdakı oyuna baxsaq, epizodları hesablasaq, 5:1 hesabı ilə qalib gəlməli idik. Komanda şəklində yaxşı, layiqli mübarizə apardıq. Yolumuza davam edirik”.

Qeyd edək ki, “Araz-Naxçıvan” turnirin III mərhələsində "Omoniya" (Kipr) ilə qarşılaşacaq.

İdman.biz