Azərbaycan kubokunun qalibi "Sabah"ın da UEFA Konfrans Liqasının III mərhələsindəki rəqibi müəyyənləşib.
Qeyd edək ki, təmsilçimiz "Levski" (Sofiya) ilə qarşılaşacaq.
Bolqarıstan klubu Avropa Liqasının II təsnifat mərhələsində iki oyunun nəticəsinə görə "Braqa"ya (Portuqaliya) uduzub. Komandalar arasında hər iki görüş 0:0 hesabı ilə yekunlaşıb. Portuqaliyalılar cavab matçının əlavə vaxtında həlledici qolu vuraraq, "Levski"nin Konfrans Liqasına göndəriblər.
Qeyd edək ki, "Sabah"la "Levski" arasında ilk qarşılaşma avqustun 7-də Sofiyada, cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.
İdman.biz