Azərbaycanlı futbolçunun komandası penalti seriyasında qalib gəlib

Xəbərlər
31 İyul 2025 23:17
65
Azərbaycanlı futbolçunun komandası penalti seriyasında qalib gəlib

Azərbaycanlı futbolçu Cəlal Hüseynov UEFA Konfrans Liqasında mərhələ adlayıb.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Arda" (Bolqarıstan) HİK-i (Finlandiya) mübarizədən kənarlaşdırıb.

Komandalar arasında keçirilən hər iki oyun heç-heçə başa çatıb - 0:0, 2:2. Yekunda qalib penalti seriyasında bəlli olub. Daha dəqiq olan Cəlalın komandası 4:3 hesabı ilə qalib gələrək, III mərhələyə yüksəlib.

Millimizin müdafiəçisi Finalndiyada keçirilən cavab matçının start heyətində yer alıb. Hüseynov 120 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Arda" növbəti mərhələdə "Kauno Jalgiris" (Litva) - "Valur" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

İdman.biz