“Monako” Ansu Fati ilə əməkdaşlığı dayandırır

Xəbərlər
23 Dekabr 2025 18:52
39
“Monako” Ansu Fati ilə əməkdaşlığı dayandırır

Fransanın “Monako” klubu ispan vinger Ansu Fati ilə icarə müqaviləsini uzatmamaq qərarı verib. Gənc futbolçunun mövsümün sonunda yenidən “Barselona”ya dönəcəyi gözlənilir.

İdman.Biz “Dailysports” nəşrinə istinadən xəbər verir ki, “Monako”nun bu qərarının əsas səbəbi Ansu Fatinin tez-tez zədələnməsi olub.

Klub daxilində futbolçunun gələcəyi faktiki olaraq müəyyənləşib. “Monako” rəhbərliyi 23 yaşlı ispan oyunçunun zədələrə meyilli olması və müqavilə tələblərinin yüksəkliyi səbəbindən onu komandada saxlamağı məqsədəuyğun hesab etməyib. Bu amillər Fatinin daimi transferi ilə bağlı ümidləri də aradan qaldırıb.

Ansu Fati ötən yay “Monako”ya bir illik icarə əsasında keçmişdi. O, Fransa klubunun heyətində 14 oyunda iştirak edib və altı qol vurub. Lakin futbolçu bu ilin dekabrında budun arxa əzələsindən zədə alıb və hələ də bərpa prosesini davam etdirir. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil.

İdman.Biz