Azərbaycan Premyer Liqası təmsilçisi "Sumqayıt" növbəti transferini açıqlayıb.
İdman.biz xəbər verir ki, komanda heyətini Abdul Raşid Mumini ilə gücləndirib.
"Sumqayıt" beninli cinah oyunçusu ilə 3 illik sözləşmə imzalayıb. 20 yaşlı futbolçu 25 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Sumqayıt" heyətini buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə və Nikola Ninkoviçlə gücləndirib.
İdman.biz