“Sabah” qapıçısından 53 min manat təzminat istəyir

Xəbərlər
28 İyul 2025 13:23
96
“Sabah” qapıçısından 53 min manat təzminat istəyir

“Sabah” komandadan ayrılan qapıçısı Yusif İmanovdan 53 min manat tələb edib.

İdman.biz xəbər verir ki, bu barədə futbolçunun vəkili Elcan Həsənli Sportal.az-a məlumat verib.

O bildirib ki, “Sabah” Yusif İmanovdan 53 min manat kompensasiya tələb edib: "Bu, futbolçunun qarşıdakı mövsüm “Sabah”dan almalı olduğu maaşın məbləği qədərindədir. Biz də qarşı tərəf olaraq, onlardan eyni məbləği ödəməsini tələb edirik. Yəni, hər iki tərəfin tələbləri var. Belə görünür ki, proses hələ davam edəcək və bu müddətdə Yusifin başqa klubla anlaşmasına heç bir əngəl yoxdur”.

Qeyd edək ki, məsələyə ilkin mərhələdə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsində baxılacaq. Daha sonra AFFA Arbitraj Tribunalına müraciət oluna bilər. Əgər qərar tərəfləri qane etməsə, son instansiya CAS (İdman Arbitraj Məhkəməsi) olacaq.

İdman.biz