Adil Şükürov: "Ona sahib olmaq bütün komandaların istəyidir"

Xəbərlər
25 İyul 2025 16:38
54
Adil Şükürov: "Ona sahib olmaq bütün komandaların istəyidir"

"Leroy Mikels ilə ümumiyyətlə danışığımız olmayıb".

İdman.biz xəbər verir ki, bunu Sport24.az-a açıqlamasında "Kəpəz"in baş məşqçisi Adil Şükürov deyib.

O, "Şamaxı"nın sabiq futbolçusu Leroy Mikelslə danışıq aparmadıqlarını bildirib: "Onunla müqavilə imzalamağımız yalan məlumatdır. Yaxşı futbolçudur. Belə bir oyunçuya sahib olmaq bütün komandaların istəyidir. Mütləq yeni transferlər olacaq. Ötən gün polşalı qapıçı Kaçper Rosa ilə müqavilə imzaladıq. İzlədiyimiz, danışıq apardığımız futbolcular var. Hələ ki, gözləyirik. Yaxın günlərdə danışıqları daha da intensivləşdirəcəyik".

Qeyd edək ki, "Sabah"da çıxış edən Coy-Lens Mikelsin qardaşı olan Leroy Mikels ötən mövsüm Premyer Liqada 24 oyuna çıxıb 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.biz