Madrid "Atletiko"su - "geridönüş" çempionu

Xəbərlər
25 İyul 2025 17:07
67
Madrid "Atletiko"su - "geridönüş" çempionu

Titul qazanmadığından 2024/25 mövsümünü "Atletiko" üçün tam uğurlu adlandırmaq olmaz, amma bir kateqoriya var ki, orada onlar sözün əsl mənasında “dünya çempionu” olublar.

İdman.biz xəbər verir ki, Madrid təmsilçisi mövsüm ərzində müxtəlif turnirlərdə oyunların son dəqiqələrində qol və ya qollar vurmaqla qələbə və ya heç-heçələrlə nəticələnən 16 parlaq "geridönüş" ediblər.

Onların arasında La Liqada "Real Madrid" (1:1 - Anxel Korrea, 90+5) və "Barselona" (2:1 - Aleksander Sörloth, 90+6), UEFA Çempionlar Liqasında PSJ (2:1 - Anxel Korrea, 90+3) və İspaniya kubokunda "Barselona" (4:4 - Markos Llorente, 84, Aleksander Sörloth, 90+3) ilə oyunlar da var.

Qeyd edək ki, 2023/24 mövsümündə bu baxımdan “Bayer Leverkuzen” fərqlənmişdi.

İdman.biz

Məqalədə: