2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunun keçidini reallaşdırıb.
İdman.biz xəbər verir ki, komanda Rayan Senhadji ilə 2+1 illik müqavilə imzalayıb.
Əlcəzairli futbolçu son mövsümü "Fakel" (Voronej, Rusiya) klubunda keçirib. 28 yaşlı mərkəz müdafiəçisi "Sumqayıt"da 72 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Sumqayıt" buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli və Aleksandr Ramalinqomu heyətinə qatıb.
İdman.niz