İngiltərə əfsanəsi xəstəxanaya yerləşdirilib

Xəbərlər
21 İyul 2025 09:24
61
İngiltərə əfsanəsi xəstəxanaya yerləşdirilib

İngiltərə futbolunun əfsanəsi Pol Qaskoyn təcili reanimasiyaya yerləşdirilib.

İdman.biz "The Sun"a istinadən xəbər verir ki, hadisə cümə günü axşam baş verib.

"Tottenhem"in və İngiltərə millisinin 58 yaşlı keçmiş futbolçusu Pol Qaskoyn dostu tərəfindən evinin yataq otağında yarıhuşsuz vəziyyətdə tapılıb. Onun dostu və şəxsi köməkçisi Stiv Foster dərhal ulduzu xəstəxanaya aparıb.

Son məlumata görə, futbol əfsanəsinin vəziyyəti stabilləşib. AVRO-1996-nın bürünc mükafatçısı hazırda həkimlərin nəzarəti altındadır və bir neçə gün xəstəxanada qalacağı gözlənilir.

Qeyd edək ki, Qaskoyn yarımmüdafiəçi kimi İngiltərə millisində 57 oyun keçirib və 10 qol vurub. O, “Nyukasl”, “Tottenhem”, “Midlsbro”, “Everton”, “Börnli”, “Boston Yunayted”, “Latsio”, “Reyncers” və “Qansu Tianma”da çıxış edib. O, İngiltərə Kubokunun qalibi, ikiqat Şotlandiya çempionu və Şotlandiya Kubokunun qalibidir.

İdman.biz