Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
İdman.biz xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilən mərasimdə Azərbaycan çempionunun da potensial rəqibləri dəqiqləşəcək.
"Qarabağ" II təsnifat mərhələsində "Şelburn"u (İrlandiya) keçəcəyi halda, "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək. Komandalar ilk oyunu avqustun 5-6-da səfərdə, cavab görüşünü bir həftə evdə keçirəcək.
Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şelburn"la ilk oyununa iyulun 23-də Dublində, cavab görüşünə iyulun 30-da Bakıda çıxacaq.
İdman.biz