"Qarabağ"ın Rüstəm Əhmədzadəyə ödədiyi təzminat açıqlanıb

Xəbərlər
19 İyul 2025 14:22
107
"Qarabağ"ın Rüstəm Əhmədzadəyə ödədiyi təzminat açıqlanıb

"Qarabağ" klubunun yollarını ayırdığı futbolçu Rüstəm Əhmədzadəyə ödədiyi təzminat bəlli olub.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu 25 yaşlı hücumçuya müqaviləsinin ləğvi üçün müəyyən qədər vəsait ödəyib.

Bunun üçün "köhlən atlar"ın kassasından 150 min manat çıxıb. Bu isə oyunçunun altı aylıq maaşıdır.

Qeyd edək ki, Rüstəm Əhmədzadənin 2026-cı ilədək müqaviləsi var idi.

İdman.biz