Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia ölkə çempionatında qonaq komanda azarkeşlərinin qismən qayıdışı ilə bağlı ilk sınaq qərarını açıqlayıb.
İdman.biz xəbər verir ki, bu gün keçiriləcək "Lanus" – "Rosario Sentral" matçında qonaqların azarkeşləri də canlı izləyə biləcək.
Hələlik bu qərar geniş miqyasda tətbiq olunmur və yalnız sınaq xarakteri daşıyır.
Qeyd edək ki, 2013-cü ildən Argentinada qonaq azarkeşlərin stadionlara buraxılmasına qadağa qoyulub. Bu qərara fanatlar arasında dəfələrlə baş verən iğtişaşlar və zorakılıq halları, o cümlədən “Boka Xuniors” – “San Lorenso” qarşılaşmasından əvvəl iki azarkeşin ölümü və “Lanus” – “Estudiantes” oyununda polis ilə toqquşmalar zamanı “Lanus”lu bir azarkeşin qətlə yetirilməsi səbəb olmuşdu.
İdman.biz