Kriştiano Ronaldo mövsümün ən yaxşı futbolçusu seçilib

Xəbərlər
17 İyul 2025 11:37
52
Kriştiano Ronaldo mövsümün ən yaxşı futbolçusu seçilib

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında azarkeşlər tərəfindən 2024/25 mövsümünün ən yaxşı futbolçusu seçilib.

İdman.biz xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Liqası sosial şəbəkə hesabında bəyan edib.

"Əl-Nəsr"in hücumçusu mövsüm ərzində 15 dəfə azarkeşlərin səsverməsi ilə "oyunun ən yaxşısı" mükafatını qazanıb.

Bundan əlavə, azarkeşlər Ronaldonun “Əl-Riyad”la oyunda cərimə meydançası xəttindən topa havada birbaşa vuraraq müəllifi olduğu qolu mövsümün ən yaxşısı seçiblər.

İdman.biz