"Sabah"ın kapitanı söz verib: "100% gücümüzlə oynayacağıq"

Xəbərlər
16 İyul 2025 22:19
63
"Sabah"ın kapitanı söz verib: "100% gücümüzlə oynayacağıq"

“Oyunçular adından deyə bilərəm ki, yaxşı hazırlaşmışıq".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın kapitanı Pavol Şafranko "Seyle" ilə Avropa Liqasının cavab matçından sonra keçirilmiş mətbaut konfransında deyib.

Slovakiyalı hücumçu meydanda bütün güclərini ortaya qoyacaqlarını bildirib: "Məşqçimizin dediyi kimi, son üç-dörd gündə çox yaxşı məşqlər keçdik. Əvvəlki oyundan maksimum dərəcədə dərs çıxarmağa çalışdıq. İndi isə bu son günlərdə topladığımız enerjini sabahkı oyuna daşımaq istəyirik. Söz verə bilərəm ki, meydana çıxanda hər birimiz 100% gücümüzlə oynayacağıq”.

Qeyd edək ki, ilk görüşdə Azərbaycan kubokunun qalibi Bakıda 2:3 hesabı ilə uduzub.

İdman.biz