“Neftçi”nin daha iki rəqibi bəlli olub

Xəbərlər
14 İyul 2025 12:56
45
“Neftçi”nin daha iki rəqibi bəlli olub

Yeni mövsümə hazırlığı davam etdirən “Neftçi”nin Polşa toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı daha iki rəqibi müəyyənləşib.

İdman.biz xəbər verir ki, “ağ-qaralar” iyulun 17-də İsrailin “Hapoel” (Təl-Əviv), ayın 22-də Polşanın “Termalitsa” klubu ilə qarşılaşacaq.

Təlim-məşq toplanışına iyunun 25-də başlayan “Neftçi” hazırlığın ilk hissəsini iyulun 14-dək Bakıda keçirib. Toplanışın ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq.

Qeyd edək ki, “Binkovski Hotel”də məskunlaşacaq komandanın digər yoxlama görüşləri iyulun 27-də “Asteras” (Yunanıstan), avqustun 1-də AEL (Kipr) klubuna qarşı olacaq.

İdman.biz