Azərbaycan çempionu "Qarabağ" Redon Cica ilə yollarını ayırıb.
İdman.biz xəbər verir ki, Ağdam klubundan bununla bağlı rəsmi açıqlama yayıb.
Albaniyalı hücumçu Əlcəzairin “SSPA Şabab Riadi Beluizdad” klubuna transfer olunub. 26 yaşlı futbolçu 2023-cü ilin yanvarından "Qarabağ"da çıxış edib.
Qeyd edək ki, Cica Ağdam təmsilçisinin heyətində 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 assistə imza atıb.
İdman.biz