"Bavariya" Luis Diasla bağlı "Liverpula" ilkin təklifini göndərib.
İdman.biz xəbər verir ki, Münhen klubu bu transferə görə 52 milyon avro ödəməyə hazırdır.
Almaniyanın təmsilçisinin bonuslarla bu rəqəmi 60 milyon avroya kimi yüksəltməsi gözlənilir. "Liverpul" "Barselona"nın da maraq dairəsində olan kolumbiyalı futbolçunu 75 milyon avrodan ucuz satmaq niyyətində deyil.
Qeyd edək ki, 27 yaşlı vinger 2024/2025 mövsümündə bütün turnirlərdə "Liverpul"un heyətində 50 oyunda 17 qol və 8 ötürmə ilə yadda qalıb.
İdman.biz