Avstriyada təlim-məşq toplanışı keçən "Sabah" futbol klubu daha bir yoxlama matçında qüvvəsini sıanyıb.
İdman.biz xəbər verir ki, Azərbaycan kubokunun qalibi Macarıstan təmsilçisi “Pakş”la qarşılaşıb.
Məhsuldar keçən görüş 3:3 hesabı ilə yekunlaşıb. "Sabah" ilk yoxlama oyununda heç-heçəyə imza atıb. Rumıniyanın "Rapid" komandası qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "bayquşlar" UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniya təmsilçisi "Selye" ilə münasibətlərə aydınlıq gətirəcək. Komandalar arasında ilk oyun iyulun 10-da evdə, cavab matçı 17-də səfərdə baş tutacaq.
İdman.biz