Azərbaycan çempionu "Qarabağ" ilk transferini reallaşdırıb.
İdman.biz xəbər verir ki, komanda braziliyalı Dani Boltu heyətinəə cəlb edib.
Sağ cinah müdafiəçisi ilə 3+1 illik müqavilə imzalanıb. Dani “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, 25 yaşlı futbolçu son mövsümü Portuqaliyanın 2-ci Liqasında "Torrense" klubunda keçirib. O, bunadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub.
Daninin son klubu Portuqaliya təmsilçisi “Torrense” olub. 2024-2025-ci illərdə formasını geyindiyi
İdman.biz