“Qəbələ” “Real”ın yetirməsini transfer edib

Xəbərlər
10 Avqust 2025 18:10
36
“Qəbələ” “Real”ın yetirməsini transfer edib

“Qəbələ” İspaniyanın “Real” klubunun yetirməsini (2004-2014) transfer edib.

İdman.biz xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qırmızı-qaralar” Xayme Syerra ilə müqavilə imzalayıb.

Qeyd edək ki, 27 yaşlı ispaniyalı yarımmüdafiəçi sonuncu dəfə Xorvatiyanın “Varajdin” klubunda oynayıb.

İdman.biz