"Düşünürəm ki, komanda oyuna yaxşı köklənmişdi. İlk 15-20 dəqiqədə bir az problemlərimiz var idi. Xüsusən də topa nəzarət baxımından. Demək olar ki, yalnız bir istiqamətdə hücum qurmağa çalışırdıq. Daha sonra komanda topa nəzarət etməyə başladı".
İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Litva ilə keçirilən yoldaşlıq görüşündən sonra deyib.
Portuqaliyalı mütəxəssis Riqada keçirilən oyunda qeydə alınmış 0:0 hesablı heç-heçəni şərh edib: "İkinci hissədə topa nəzarət bizdə idi. Rəqibin qapısında təhlükə yarada bilirdik. Rəqib isə qapımızın qarşısında təhlükə yarada bilmədi. Latviya millisi də hücum qurmağa çalışırdı. Ümumi götürəndə komandam yaxşı çıxış etdi. Çatışmayan yeganə şey qol epizodlarını dəyərləndirə bilməmək idi. Məşqlərdə qapıya zərbələri çox çalışırıq. Bu gün uzaqdan zərbələr çatışmadı. Hər oyunçu topla qapıya girmək istəyirdi". Əlbəttə ki, qələbə qazanmağa gəlmişdik. Amma o komanda ki, topa nəzarət etmir, heç vaxt qələbə qazana bilməz. Təhlükəli epizodlar yaratdıq. Qapıya zərbə vurmuruq".
Fernandu Santuş futbolçusu Mahir Emrelinin dəyərləndirə bilmədiyi epizodlardan da söz açıb: "Bu da futbolun bir hissəsidir. Belə hallar olur. Mahir bundan öncəki çətin epizodları qola çevirə bilirdi, lakin bu gün alınmadı. Nəriman Axundzadənin də epizodları var idi. Oyunu ümumi təhlil etsək, komanda pis çıxış etmədi. Bəzi məqamlar var ki, daha yaxşı etməliyik".
İdman.biz