Mahirin üç qolu TOP-10-da - VİDEO

Xəbərlər
8 İyun 2025 00:16
55
Mahirin üç qolu TOP-10-da - VİDEO

“Nürnberq" 2-ci Bundesliqanın 2024/2025 mövsümündə komandanın 10 ən yaxşı qolunu seçib.

İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Mahir Emrelinin 3 qoli siyahıda yer alıb.

28 yaşlı hücumçunun “Kayserslautern”in qapısından keçirdiyi top 3-cü pillədə qərarlaşıb. Mahirin "Qroyter"lə matçda vurduğu qol 5-ci, “Hamburq”la oyundakı qolu isə 9-cu pilləni tutub.

Qeyd edək ki, Emreli bir mövsüm keçirdiyi "Nürnberq"də 24 oyunda 10 dəfə fərqlənib.

İdman.biz