Rövlan Muradovdan vida mesajı: “Yaddaqalan oldu”

Xəbərlər
3 İyun 2025 17:49
57
Rövlan Muradovdan vida mesajı: “Yaddaqalan oldu”

“Sumqayıt”la yollarını ayıran Rövlan Muradov komanda ilə vidalaşıb.

İdman.biz xəbər verir ki, futbolçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O, sabiq komandasına uğurlar arzulayıb: “Sumqayıt” ailəsindən hər kəsə salamlar, vidalaşmaq vaxtıdır. Sizinlə keçirdiyim iki mövsüm karyeramda yaddaqalan və unudulmaz anlarla dolu oldu. Əməyi keçən və əziyyət çəkən hər kəsə təşəkkür edirəm, sizə uğurlar arzulayıram”.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2023-cü ildən “Sumqayıt”da çıxış edirdi. Yarımmüdafiəçi bundan öncə “Qəbələ” klubunun da şərəfini qoruyub.

Aytac Sahəd
İdman.biz