Yaşar Seyidov: "Favorit hesab etdiyin komanda ümidləri doğrultmaya bilər"

Xəbərlər
31 May 2025 16:02
69
Yaşar Seyidov: "Favorit hesab etdiyin komanda ümidləri doğrultmaya bilər"

"Finalda proqnoz vermək çətindir. Favorit hesab etdiyin komanda ümidləri doğrultmaya bilər".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Yaşar Seyidov deyib.

Təcrübəli funksioner bu gün keçiriləcək Azərbaycan Kubokunun final matçından gözləntilərini bölüşüb: "Kağız üzərində favorit "Qarabağ"dır. Amma "Sabah" da sürpriz edə bilər. "Qarabağ" ölkəmizi Çempionlar Liqasında təmsil edəcək deyə, bu oyunda daha rahat olacaq. Sözsüz ki, onlara müəyyən pul mükafatı vədd edilib. İnanmıram futbolçlar bu məbləgdən imtina etsinlər. "Sabah" isə kuboku qazana bilməsə, avrokuboklardan kənarda qalacaq. Ona görə "bayquşlar" daha diqqətli, ürəkdən oynamalıdır. Rəhbərlik onlara kifayət qədər əməkhaqqı verir. Oyunçuların qazandıqları məvacib qarşısında məsuliyyəti olmalıdır".

Qeyd edək ki, bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.

İdman.biz