Massimiliano Alleqri 11 il sonra yenidən "Milan"da - VİDEO

Xəbərlər
30 May 2025 14:59
78
Massimiliano Alleqri 11 il sonra yenidən "Milan"da - VİDEO

Massimiliano Alleqri "Milan" komandasının baş məşqçisi təyin olunub.

İdman.biz xəbər verir ki, daha əvvəl mətbuatda 57 yaşlı italiyalı mütəxəssisin illik maaşının 5 milyon avro, bonus ödənişlərinin isə 2 milyon avro məbləğində ola biləcəyi barədə məlumatlar yayılmışdı.

Alleqri 2010-2014-cü illərdə "Rossoneri"nin baş məşqçisi olub. Onun rəhbərliyi altında "Milan" 2010/11 mövsümündə A Seriyası çempionu olub, həmçinin İtaliya Superkubokunu qazanıb. 57 yaşlı mütəxəssisin son iş yeri "Yuventus" olub (2021-2024).

Qeyd edək ki, mövsümə Paulo Fonseka ilə başlayan "Milan" A Seriyasını 8-ci pillədə başa vuraraq, avrokuboklara vəsiqə qazana bilməyib. 30 dekabr 2024-cü ildə baş məşqçi vəzifəsinə gələn Konseysao ilə komanda İtaliya Superkubokunu qazansa da, İtaliya kubokunun finalında "Bolonya"ya uduzub.

İdman.biz