Almaniyanın “Nürnberq” klubundan ayrılan Azərbaycan yığmasının üzvü Mahir Emreli karyerasını “Neftçi”də davam etdirə bilər.
İdman.biz Qol.az-a istinadən xəbər verir ki, Bakı klubu forvarda artıq təklif göndərib.
Lakin Mahir Avropada çıxışını davam etdirmək istədiyi üçün “ağ-qaralar”a cavab verməyib. Hazırda futbolçunun almaniyanın 3 klubu ilə danışıq apardığı bildirilir.
İdman.biz